İsrail bu dəhşəti dayandırmalıdır – Antonio Quterreşbackend

İsrail bu dəhşəti dayandırmalıdır – Antonio Quterreş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antonio Quterreş İsrail ordusunun Rəfah şəhərində çadır düşərgəsinə zərbə endirməsini kəskin pisləyib və zorakılığın dayandırılmasını istəyib.

NOCOMMENT.az xəbər verir ki, Baş katib bu barədə X səhifəsində yazıb.

“Mən bu ölümcül münaqişədə sadəcə sığınacaq axtaran çoxlu sayda günahsız mülki insanın ölümü ilə nəticələnən İsrailin hərəkətlərini qınayıram. Bu dəhşət dayandırılmalıdır”, – deyə o bildirib.

Quterreş əlavə edib ki, Qəzzada bir dənə də olsun təhlükəsiz yer qalmayıb.

Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzzanın cənubunda, Rəfahda BMT-nin təşəbbüsü ilə salınan çadır şəhərciyinə raket zərbəsi endirib. Hücumda azı 40 nəfər həlak olub, onlarla yaralı var.