İsrail bu ərazini nəzarətə götürdü – 20 tunel…backend

İsrail bu ərazini nəzarətə götürdü – 20 tunel…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Ordusu Qəzza zolağı ilə Misir sərhədində 14 kilometrlik bufer zonasına nəzarəti ələ keçirib.

NOCOMMENT.az xəbər verir ki, “Times of Israel”ın məlumatına görə, İsrail ordusu Filadelfiya dəhlizində onlarla raket buraxılış qurğusu və ən azı 20 transsərhəd qaçaqmalçılıq tuneli aşkar edərək “əməliyyat nəzarəti” qurub.

Ordunun sözçüsü Daniel Hagari keçirdiyi mətbuat konfransında HƏMAS-ın həmin zolaqdan silah qaçaqmalçılığı üçün istifadə etdiyini bildirib. Hərbi rəsmilərin sözlərinə görə, Filadelfiya dəhlizi ərazisində tunellərə aparan daha 82 şaft aşkar olunub. İsrail qoşunları indi fiziki olaraq dəhlizin əksər hissəsində mövcuddur.

Quru qoşunlarının olmadığı sahil xəttinin yalnız kiçik bir hissəsi var, lakin İsrailin əraziyə müşahidə və atəş gücü ilə nəzarət etdiyini bildirib.