İsrail ordusu bütün nizami piyada və zirehli briqadalarını Qəzza zolağına yerləşdirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, hazırda Qəzzada Givati, Qolani, Kfir, Nahal briqadalarının bölmələri, paraşütçülər, komandolar, 7-ci, 188-ci və 401-ci zirehli briqadaların qoşunları, həmçinin müəyyən sayda ehtiyatda olan hərbçilər var.
“The Times of Israel” qeyd edir ki, bu qüvvələr sektorda hərbi əməliyyatların daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmlənir.