İsrail Suriyanın paytaxtı Dəməşqdə 8 dekabrdan bəri 250 hədəfə havadan zərbələr endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada İsrail tarixinin ən böyük hava hücumu əməliyyatlarından biri həyata keçirilib”, – məlumatda bildirilib.
İddia edilib ki, hava zərbələrində Əsəd ordusuna aid hərbi bazalar, onlarla döyüş təyyarəsi, yer-hava raket sistemi, həmçinin silah istehsal yerləri və anbarlar hədəf alınıb.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Dəməşqə 100-dən çox zərbə endirdiyini açıqlamışdı. Silahlı müxalifət Dəməşqə hücum etdiyi andan İsrail Əsəd qüvvələrinə zərbələrə başlamışdı.