İsrail Əl-Əqsa hücumunda həddindən artıq güc tətbiq etdiyini etiraf etdibackend

İsrail Əl-Əqsa hücumunda həddindən artıq güc tətbiq etdiyini etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək səviyyəli İsrail məmuru işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın zamanı polisin qeyri-mütənasib güc tətbiq etdiyini etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, “Times of Israel” saytının məlumatına görə, yüksək səviyyəli İsrail rəsmisi polisin Məscidül-Əqsada namaz qılan fələstinlilərə qarşı zorakılıq tətbiq etməsinin “İsrailə ciddi ziyan vurduğunu” açıqlayıb.

O, İsrail polisinin fələstinlilərin məsciddə silah saxladığına dair kəşfiyyat məlumatı aldığı üçün məscidə girməkdən başqa çarəsi olmadığını bildirərək polisləri müdafiə etdi.

Polisin fələstinlilərə qarşı hədsiz və qeyri-mütənasib zorakılıq tətbiq etdiyini etiraf edən rəsmi, İsrailin “qlobal imicinə hadisə nəticəsində ciddi ziyan vurduğunu” bildirib.

NOCOMMENT.AZ