NOCOMMENT.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında onlarla oğlan və kişini həbs edərək naməlum istiqamətə aparıb. Bunu RİA Novosti-yə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının rəsmi nümayəndəsi Ceremi Lourens deyib.
“Bizim bildiyimiz odur ki, İDF onlarla fələstinli kişini həbs edib. Onların yaşlı kişilər, oğlanlar və tanınmış fələstinli jurnalist olduğu güman edilir”, – deyə rəsmi bildirib.
Lourensin sözlərinə görə, İsrail əsgərləri məhbusların gözlərini bağlayıb, alt paltarlarına qədər soyundurub və videoya çəkiblər, bundan sonra onları zorla yük maşınlarına mindirərək naməlum istiqamətə aparıblar. O qeyd edib ki, İDF nümayəndələrinin bu cür davranışı beynəlxalq humanitar hüququ pozur.