İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şərqindəki Yerixo şəhərindəki qaçqın düşərgəsinə basqın edib.
NOCOMMENT.az xəbər verir ki, açılan atəş nəticəsində iki fələstinli həlak olub.
Basqının qarşısını almaq istəyən fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurmada əsgərlərin açdığı atəş nəticəsində Muhammed Ribhi Nucum və Qusay Omar al-Welci adlı iki nəfər həyatını itirib.
Aksa televiziya kanalı da Erixo Xəstəxanasına aparılan 2 nəfərə ürək masajı və edilən bütün müdaxilələri canlı yayımlayıb. Tibbi müdaxilələrə baxmayaraq, yaralıları xilas etmək mümkün olmadığı qeyd edilib.