İsrail əsgərləri sərhəddə namazı qılan livanlılara gözyaşardıcı qazla müdaxilə etdibackend

İsrail əsgərləri sərhəddə namazı qılan livanlılara gözyaşardıcı qazla müdaxilə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın cənubundakı Kefr Şuba bölgəsinin sakinləri iyunun 7-də İsrailin sərhəddə qazdığı xəndəklərə etiraz etmək və üzərinə buldozer sürülən livanlı fermer İsmayıl Nasirə dəstək olmaq üçün sərhəddə cümə namazı qılıb.

NOCOMMENT.az xəbər verir ki, sərhədin o biri tərəfində yerləşdirilmiş İsrail əsgərləri xəndək ətrafında toplaşan livanlılara gözyaşardıcı qaz bombaları ilə cavab verib.

Livan ərazisinə atılan gözyaşardıcı qaz bombalarından təsirlənən bəzi livanlılar boğulma təhlükəsi ilə üzləşib.

Gərginlik zamanı Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) əsgərləri sərhəddə xidmət edirdi.

Livan və İsrail ordusunun insident bölgəsində qarşılıqlı sayıqlığı davam edir.

Livan sərhəd

Livan sərhəd

NOCOMMENT.AZ