İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin gülləsi ilə yaralandığı xəstəxanada həyatını itirən 2 yaşlı fələstinli Məhəmməd et-Təmimi son səfərinə yola salınıb.
NOCOMMENT.az xəbər verir ki, Fələstinli körpənin cənazəsi çoxlu maşın karvanının müşayiəti ilə İordan çayının qərb sahilinin Ramallah şəhərindəki sağlamlıq mərkəzindən götürülərək ailəsinin Nəbi Salih qəsəbəsindəki evinə gətirilib.
Qəsəbədə keçirilən dəfn mərasimində yerli sakinlərlə yanaşı, fələstinli qrupların nümayəndələri və çoxlu sayda uşaq iştirak edib. Fələstin bayraqları daşıyan uşaqlar müxtəlif şüarlar səsləndiriblər.
Tamiminin cənazəsi dəfn mərasimindən sonra Nəbi Salih qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Fələstin hökumətinin sözçüsü İbrahim Mülhim dəfn mərasimi zamanı Fələstin televiziyasına uşaq qətlinin böyük cinayət olduğunu bildirib.
NOCOMMENT.AZ