İsrail əsgərlərinin yaraladığı fələstinli həyatını itirdibackend

İsrail əsgərlərinin yaraladığı fələstinli həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən yaralanan fələstinli gənc dünən dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Fələstinli səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail qüvvələrinin dünən Cenin cənubundakı Kubatiye qəsəbəsində keçirdiyi basqın zamanı yaralanan 30 yaşlı Evs Camal Kemil müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

İsrail əsgərlərinin Tulkerem və Tubas şəhərlərinə basqını zamanı 4 fələstinli yaralanıb. 

Qeyd edək ki, İsrailin Qəzza zolağına həyata keçirdiyi hava hücumlarında aralarında qadın və uşaqların da olduğu 15 nəfər ölüb, 22 nəfər yaralanıb.

NOCOMMENT.AZ