İsrail Fələstin ərazilərinə giriş-çıxışı 3 gün müddətinə bağlayır – SƏBƏBbackend

İsrail Fələstin ərazilərinə giriş-çıxışı 3 gün müddətinə bağlayır – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu “Anım Günü” və “Müstəqillik Günü” münasibəti ilə  Fələstin ərazilərinin giriş-çıxışını 3 gün müddətinə bağlamağa qərar verdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusunun “Twitter” hesabından yazılı açıqlama verilib.

Açıqlamada qərarın təhlükəsizlik vəziyyəti qiymətləndirmələrinə və İsrail rəhbərliyinin əmrlərinə uyğun olaraq alındığı qeyd edilib.

Anım Günü və Müstəqillik Günündə bağlanmanın İordan çayının qərb sahili və Qəzza zolağını əhatə edəcəyi bildirilib.

Bağlanmanın aprelin 24-dən etibarən qüvvəyə minəcəyi açıqlanıb.

Açıqlamada bağlanma müddətində humanitar, tibbi və müstəsna hallar üçün keçidlərə yalnız İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətləri koordinatorunun təsdiqindən sonra veriləcəyi vurğulanıb.

NOCOMMENT.AZ