İsrail Fələstin müharibəsində iki dövlətli həll prosesibackend

İsrail Fələstin müharibəsində iki dövlətli həll prosesi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fələstinlilər və israillilər iki dövlətli həll prosesini davam etdirməlidirlər”.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsii Cozef Borel belə deyib. Qeyd edib ki, regionda sülh və sabitlik yalnız hərbi yolla bərqərar ola bilməz.

Borel HƏMAS-ın törətdiyi vəhşilikləri pisləsə də, İsrailin hərbi müdaxiləsinə işarə edərək, bildirib ki, “onlar nəsillər boyu davam edəcək nifrət toxumu səpirlər”:

“Mən sülh prosesindən deyil, iki dövlətli həll prosesindən danışacağam. Əgər bu məsələdə ciddiyiksə, bu həllin həyata keçirilməsnə maneə yaradan əsas səbəbləri aradan qaldırmaq lazımdır. Təbii ki, HƏMAS da onlardan biridir. Bu kompleks yanaşma araşdırılmalı və müzakirə edilməlidir. Çətin olduğunu bilirəm. Çünki, 27 üzvün fərqli yanaşmaları var, lakin biz ərəb ölkələri ilə birlikdə işləməliyik.

Çətin olsa da, həll yollarını axtarmaq üçün əlimizdən gələni etmək, həll yolu tapmağa çalışmaq bizim mənəvi borcumuzdur. Buna görə də, bu andan etibarən yalnız iki dövlətli həll prosesindən danışmaq lazımdır”.