İsrail Fələstini tanıyan dövlətlərə QARŞI – Səfirlər geri çağırılırbackend

İsrail Fələstini tanıyan dövlətlərə QARŞI – Səfirlər geri çağırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Fələstini tanıyan dövlətlərdəki səfirləri geri çağırıb. Xüsusilə, İspaniyanın Qüdsdəki konsulluğunun işi məhdudlaşdırılıb.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halper deyib. Bildirib ki, İspaniya baş nazirinin müavini sosial şəbəkələrdə açıq şəkildə deyir ki, bu hekayəyə son qoyulmalı və Fələstin “çaydan dənizə” uzanmalıdır, yəni İsrail silinməlidir.

Əgər bu, İspaniyanın baş nazirinin müavininin mövqeyidirsə, təbii ki, İsrail də hərəkətə keçəcək. Onlar sanki İsraildə oturub Fələstin üçün çalışırlar. Halperin həmçinin Fələstin dövlətinin tanınmasını “səhv” adlandırıb.

Qeyd edək ki, İrlandiya, İspaniya, Norveç və Sloveniya Fələstin Dövlətini tanıyıb. Belçika və Portuqaliyanın da bunu edə biləcəyi gözlənilir.