İsrail tərəfi vasitəçilərdən anklavda atəşkəs razılaşmasının növbəti mərhələlərində girovların Qəzzadan təhlükəsiz çıxışına zəmanət vermək öhdəliyi aldıqdan sonra İsrail Həbsxanalar İdarəsi 110 fələstinli məhbusun azad edilməsi prosedurunu bərpa edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb .
Yanvarın 30-da üç İsrail girovu və beş Tailand vətəndaşı Qəzza zolağından azad edilib . Onların Qırmızı Xaça təhvil verilməsi proseduru xaosla müşayiət olundu, oğurlanan insanlar izdihamla mühasirəyə alındı və bu, azad edilənləri təhlükə altına aldı.
Daha sonra Netanyahu anklavda atəşkəs razılaşmasının növbəti mərhələlərində girovların Qəzza zolağındakı Qırmızı Xaç təşkilatına təhlükəsiz şəkildə təhvil verilməsinə zəmanət verilənə qədər fələstinli məhbusların azad edilməsinin təxirə salınmasını əmr etdi.