İsrail Silahlı Qüvvələri Livanın cənubundakı Ras Naqoura qəsəbəsini fosforlu sursatlarla hədəfə alıb.
NOCOMMENT.az xəbər verir ki, ərazidə yerləşən kənd də atəşə tutulub.
Hücumların təsiri ilə bağlı məlumat verilməyib.
2023-cü il oktyabrın 7-də Fələstinli Həmas yaraqlılarının Qəzzadan İsrail ərazisinə soxulması, İsrail sərhədindəki yaşayış məntəqələrinin sakinlərini öldürməsi və girov götürməsi ilə Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. İsrail buna cavab olaraq Qəzzanı tam blokadaya alıb, Qəzzaya, eləcə də Livan və Suriyadakı müəyyən ərazilərə cavab zərbələri endirib və nəticədə anklavda qurudan hücuma başlayıb.