NOCOMMENT.az xəbər verir ki, İsrailin fövqəladə hərbi kabinetinin naziri və ölkənin Müdafiə Nazirliyinin keçmiş rəhbəri Benni Qantz “Qaley IDF” radiostansiyasının efirində bildirib ki, İsrail Müdafiə Ordusu (IDF) girovlar azad edildikdən sonra da Qəzza zolağında Fələstinin radikal HƏMAS qruplaşmasına qarşı əməliyyatı davam etdirəcək.
“Girovların geri qayıtması üçün fasilə yaransa belə, biz qayıdıb düşmənə var gücümüzlə zərbə endirəcəyik”,- Qantz bildirib
Gantz əlavə edib ki, hazırda əməliyyat genişlənir, güclənir və dərinləşir.