İsrail Hələb hava limanını vurdubackend

İsrail Hələb hava limanını vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın şimalında Hələb hava limanının İsrail tərəfindən hava hücumu ilə hədəfə alındığı iddia edilib.

NOCOMMENT.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın hərbi mənbəyə istinadən verdiyi xəbərə görə, İsrail tərəfindən yerli vaxtla saat 23.35-də Hələb şəhər mərkəzinin şərqindəki hava limanına hava hücumu təşkil edilib.

Hücumda Hələb ətrafındakı bəzi nöqtələrin də hədəf alındığı bildirilən xəbərdə zədələnmiş Hələb hava limanının istismardan çıxarıldığı və bir əsgərin öldüyü iddia edilib.

Qeyd edək ki, Martın 7-də də Hələb hava limanının İsrail tərəfindən vurularaq istismardan çıxarıldığı bildirilmişdi.

Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.

Xatırladaq ki, İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada İranın dəstəklədiyi qruplara və hərbi məntəqələrə qarşı zaman-zaman hücumlar təşkil edir.

NOCOMMENT.AZ