İsrail Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında saxlanılan girovlar müqabilində hərbi əməliyyatları dayandırmaq təklifi irəli sürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı məlumat yayıb.
“İsrail Qəzzada hələ də əsirlikdə olan girovlar müqabilində hərbi əməliyyatların dayandırılması üçün təkliflər irəli sürməyə başlayıb”, – telekanalın bəyanatında deyilir.
Qeyd olunur ki, İsrail Qəzza zolağında olan bütün İsrail məhbuslarını azad etmək məqsədi ilə qadınlar da daxil olmaqla girovların mərhələli şəkildə azad edilməsini təklif edir.
CNN mənbələrinə görə, anklavdakı döyüşlər bir-iki həftə dayandırıla bilər.