İsrail HƏMAS-a qarşı hərbi təzyiqi artırmağı planlaşdırırbackend

İsrail HƏMAS-a qarşı hərbi təzyiqi artırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail, Qəzza Zolağında əsir götürülmüş şəxslərin azad edilməsi barədə razılaşmanı rədd edən radikal Fələstin hərəkatı HƏMAS-a qarşı hərbi təzyiqi artırmağı planlaşdırır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu ölkə vətəndaşlarına ünvanladığı çıxışında bildirib.

“İsrail Müdafiə Ordusuna sərt tədbirlər görməyi və HƏMAS-a qarşı təzyiqi daha da artırmağı tapşırdım”, – deyə Netanyahu vurğulayıb.

O, həmçinin İsrailin HƏMAS-ın Qəzza Zolağında hakimiyyətdə qalmasına icazə verməyəcəyini və müharibəni qələbə ilə sona çatdıracağını əlavə edib.