NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İDF ordusu mühasirəyə alınmış Qəzza zolağında dərin əməliyyatlar aparır və HƏMAS radikallarına hər saat təzyiqi artırır. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Qəzza zolağında döyüşlər HƏMAS-ın indiyədək görmədiyi səviyyədə davam edir. Qəzza şəhəri mühasirəyə alınıb, biz onun daxilində fəaliyyət göstəririk, HƏMAS-a hər gün, hər saat təzyiqi artırırıq”, – deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində oldugunu bəyan edib.