NOCOMMENT.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatına qarşı hərbi əməliyyatını davam etdirdiyini və bu təşkilat məhv edilmədən fələstinlilər və ərəb ölkələri ilə sülhün gəlməyəcəyinə inandığını bildirib. Onun Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşündən sonra sözlərini “Times of Israel” nəşri yazır.
“Biz müharibənin məqsədlərinə çatmağa və HƏMAS-ı məhv etməyə davam edəcəyik, çünki Həmas eyni şeyi təkrar-təkrar edəcək. Bu, soyqırımı öz məqsədi elan edən bir təriqətdir”, – Netanyahu bildirib.