NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər ki, İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında Fələstinin HƏMAS hərəkatının raketləri atmaq üçün postuna hava zərbəsi endirdiyini, həmçinin qruplaşmanın döyüşçülərinin məhv edildiyini bildirib.
“Buraxılış postları yeraltı keçid vasitəsilə silah anbarına birləşdirilib.Qoşunlar havadan zərbə vuraraq terrorçuların infrastrukturuna ciddi ziyan vurdu “, – nəşr yazır.
İsrail ordusu dəqiqləşdirib ki, zərbədən sonra yaraqlılar infrastruktur obyektinin damına çıxıb və orada əlavə zərbə nəticəsində məhv edilib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində oldugunu bəyan edib.