İsrail Ordusuna məxsus PUA İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində HƏMAS hərəkatının iki yüksək vəzifəli fəalını daşıyan avtomobili vurub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrail Ordunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti qeyd edib ki, onlar 2024-cü il avqustun 11-də İordan çayının qərb sahilində silahlı hücum zamanı bir israillinin öldürülməsində iştirak ediblər.