İsrail HƏMAS məhv edilənə qədər döyüşəcəkbackend

İsrail HƏMAS məhv edilənə qədər döyüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qərb liderlərinə Yaxın Şərqdə atəşkəs çağırışlarına boyun əyməmək tövsiyə edilib. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. 

Onun sözlərinə görə, İsrail HƏMAS-ı məhv etməlidir və bunun üçün lazım gələrsə, bütün dünyaya qətiyyətlə qarşı çıxacaq. O vurğulayıb ki, beynəlxalq təzyiqlər, saxta ittihamlar İsrail hərbçilərinin və  ölkənin planlarına təsir etməyəcək.

Bu, onun Fransa prezidenti Emmanuel Makronun İsrail ordusunu döyüşləri dayandırmaq çağırışına cavabı olub. Netanyahunun sözlərinə görə, Fransa rəhbəri faktiki və mənəvi səhvə yol verib və yenə də HƏMAS-ı dinc sakinlərin təxliyyəsinə maneələr yaratmaqda ittiham edib. İsrailin baş naziri hesab edir ki, İsrail Fələstinin Həmas qruplaşmasını “bütün dünya naminə” məğlub etməlidir.