İsrail hərbçiləri 6 fələstinlini yaralayıb, 9-unu həbs edibbackend

İsrail hərbçiləri 6 fələstinlini yaralayıb, 9-unu həbs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 6 fələstinli yaralanıb, 9 nəfər saxlanılıb.

NOCOMMENT xəbər verir ki, İsrail əsgərləri Fələstinin Azadlıq Xalq Cəbhəsinə (AXC) mənsub fəalları saxlamaq üçün Beytlehem şəhərindəki Dehişa Qaçqınlar Düşərgəsinə basqın edib.

Bu arada İsrail qüvvələri ilə fələstinlilər arasında baş verən insidentlər zamanı biri sinəsindən ağır olmaqla 3 fələstinli gənc yaralanıb. Yaralılar Beyt Cala Dövlət Xəstəxanasına çatdırılıb.