İsrail hərbçiləri biri uşaq olmaqla 19 fələstinlini həbs edibbackend

İsrail hərbçiləri biri uşaq olmaqla 19 fələstinlini həbs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə biri 12 yaşlı uşaq olmaqla 19 fələstinlini nəzarətə götürüb.

NOCOMMENT xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail qüvvələri İordan çayının qərb sahili və Şərqi Qüdsün bir çox bölgəsində fələstinliləri saxlamağa davam edir.

İsrail qüvvələri Şərqi Qüdsün İsaviyə qəsəbəsində 12 yaşlı Məhəmməd Yasir Dərviş, Qərb Sahilində isə 9-u Beytləhm, 4-ü Ramallah, 3-ü Cenin, Nablus və Kalkiyada hər birində bir olmaqla 18 fələstinlini nəzarətə götürüb.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında insidentlər yaşanır.