İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı iki fələstinlini həbs edib və Hebron yaxınlığındakı bir neçə evdə axtarış aparıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.
Həmçinin bildirilir ki, hərbçilər Cenin şəhərinin cənub-qərbində yerləşən Yaabad qəsəbəsinə basqın ediblər və bu, yerli sakinlərlə toqquşmaya səbəb olub.