İsrail hərbçiləri Qəzzada məscidin yaxınlığında HƏMAS-ın reaktiv yaylım atəşi sistemlərini məhv edibbackend

İsrail hərbçiləri Qəzzada məscidin yaxınlığında HƏMAS-ın reaktiv yaylım atəşi sistemlərini məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında məscidlərdən birinin ərazisində yerləşən Fələstin HƏMAS hərəkatının reaktiv yaylım atəş sistemlərini məhv edib. Bu barədə İsrail qoşunlarının mətbuat xidməti Telegram kanalında müvafiq bəyanat yayıb.

ID-nin məlumatına görə, Fələstin anklavında quru əməliyyatı zamanı ölkə əsgərləri HƏMAS üzvlərinin mülki obyektlərdən öz məqsədləri üçün istifadəsinə dair sübutlar əldə ediblər. Xüsusilə, İsrail Müdafiə Qüvvələrinin 460-cı briqadasının əsgərləri belə bir məlumat əldə ediblər.

“Terrorçuların infrastrukturunun axtarışı və ərazinin təmizlənməsi zamanı  məscidlərdən birində əsgərlər tərəfindən tapılan raket qurğuları məhv edilib”, – məlumatda deyilir.