İsrail hərbi əməliyyatlardan sonra Qəzza zolağına nəzarət etməyəcəkbackend

 İsrail hərbi əməliyyatlardan sonra Qəzza zolağına nəzarət etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İsrailə səfərə gələn ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, İsrail hakimiyyəti Qəzza bölgəsinə nəzarət etmək, bu məsuliyyəti öz üzərinə götürmək niyyətlərinin və istəklərinin olmadığını açıq şəkildə bildirdi.Dövlət katibi vurğulayıb ki, HƏMAS Fələstin ərazilərində hakimiyyətdə qalmamalıdır. Onun fikrincə, bu, qəbuledilməzdir.

Bu gün İsrailin müdafiə naziri Yoav Qallant Blinkenə Qəzza zolağında atəşkəsin şərtləri barədə danışıb. Əsas məsələ, deyildiyi kimi, girovların azad edilməsidir.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində oldugunu bəyan edib.