NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant hərbi əməliyyatların yeni mərhələsinin başladığını açıqlayıb. Bu barədə “Haaretz” məlumat yayıb.
İsrailin müdafiə nazirinin sözlərinə görə, hərbi əməliyyatlar yeni əmrlər alınana qədər davam edəcək.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.