İsrail hərbi kəşfiyyatının rəhbəri istefa veribbackend

İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri Aharon Haliva istefa verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Haliva onu əvəzləyəcək şəxs təyin edildikdən sonra fəaliyyətini dayandıracaq.

Baş Qərargah rəisi Halivaya İsrail ordusunda 38 illik xidmətinə görə təşəkkür edib, onun ölkənin təhlükəsizliyinin təmin olunmasında böyük töhfəsini qeyd edib.

Qeyd olunur ki, Aharon Haliva 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının İsrail ərazisinə daxil olduğu hadisələrlə bağlı məsuliyyət daşıdığına görə istefa verib.