İsrail HHQ-dən qəfil həmlə – İranpərəst silahlılar öldürüldübackend

İsrail HHQ-dən qəfil həmlə İranpərəst silahlılar öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinin Suriyadakı pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzinə etdiyi qəfil hücüm nəticəsində İran tərəfdarı silahlıları öldürülüb. 

NOCOMMENT.az xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR), İsrailin Homs bölgəsindəki T-4 hərbi aerodromuna endirdiyi hava hücumunda Suriya vətəndaşı olmayan iki İranpərəst silahlının öldürüldüyünə aydınlıq gətirib.

Hesabatda bəzilərinin vəziyyətinin ağır olduğu, çox sayda yaralı olduğu üçün bu hava hücumundan ölənlərin sayının artacağı ehtimal edilir.

Bundan əlavə, hava zərbəsi nəticəsində İran yönümlü milislərə pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlim keçirildiyi bazaya əhəmiyyətli ziyan vurulduğu qeyd edilir.

Məlumata görə pilotsuz uçuş aparatlarının platformaları dağıdılıb.

Tərcümə: Jalə Bədirova