İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının rəhbəri general-mayor Ori Qordin ölkə silahlı qüvvələrinin Livanın şiə “Hizbullah” hərəkatı ilə eskalasiyaya misli görünməmiş hazır olduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini İsrailin “Times of Israel” nəşri sitat gətirir.
“Hərbi hər zamankindən daha hazırlıqlıdır. Biz hazırlığı və qiymətləndirməni gələcəkdə də davam etdirəcəyik və gücləndirəcəyik. Hətta indi də Livanla şimal sərhədini qorumaq üçün on minlərlə əsgər yerləşdirilib”, – deyə Qordin bildirib.
O, həmçinin qeyd edib ki, “Hizbullahı sıradan çıxarmaq və onu sərhəddən uzaqlaşdırmaq” üçün çalışır.