İsrail Hizbullahın mövqelərinə zərbələr endirdibackend

İsrail Hizbullahın mövqelərinə zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Livanda yerləşən “Hizbullah” hədəflərinə zərbələr endirib. Bu barədə TASS məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri gün ərzində İsrail dövlətinə edilən atışlara cavab olaraq Livandakı “Hizbullah” terror təşkilatının terror infrastrukturuna qırıcı təyyarələr, döyüş helikopterləri və artilleriya atəşi ilə hücum edib”, – deyə İsrail ordusu bildirib.

Eyni zamanda İDF qeyd edib ki, İsrail qırıcısı Malkiya kəndi ərazisində hücum həyata keçirib.