İsrail “Hizbullah”ın müharibəyə mümkün girməsini “ölümcül səhv” adlandırıb.backend

İsrail “Hizbullah”ın müharibəyə mümkün girməsini “ölümcül səhv” adlandırıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Livan “Hizbullah” hərəkatının Yaxın Şərqdə genişmiqyaslı müharibəyə başlamaq qərarı onun üçün ölümcül bir səhv olacaq. Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciəti zamanı deyib.

Hökumət başçısı qeyd edib ki, İsrail hakimiyyəti Livan hərəkatının ölkə ərazisinə hücumlarına dözmək niyyətində deyil. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (İDF) bu cür hərəkətlərə güclü atəşlə cavab verəcək.

“Hizbullah və onun Livandakı peyklərinin sadəcə olaraq bizi vurması reallığını qəbul etməyəcəyik. Bir daha demək istəyirəm: Hizbullah müharibəyə başlamağı seçsə, həyatının ən böyük səhvini edəcək”, – Netanyahu vurğulayıb.