İsrail hökuməti Qəzzanın 7 kilometrliyində yaşayış məntəqəsi yaratmaq planını təsdiqləyibbackend

İsrail hökuməti Qəzzanın 7 kilometrliyində yaşayış məntəqəsi yaratmaq planını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin Milli Planlaşdırma və Tikinti Şurası Qəzza zolağından 7 kilometr aralıda yeni yəhudi qəsəbəsinin yaradılması planını təsdiqləyib. Bu barədə Haaretz məlumat yayıb.

Yeni qəsəbənin Netivot şəhəri yaxınlığında “Hanon” adlanacağı bildirilir. Qeyd olunur ki, təcrübədən fərqli olaraq, komissiyanın müzakirələrində ətraf mühitin mühafizəsi naziri İdit Silman iştirak edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində oldugunu bəyan edib.