İsrail hücuma keçdi – HƏMAS-a ağır itkilərbackend

İsrail hücuma keçdi – HƏMAS-a ağır itkilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə qüvvələrinin sözçüsü Daniel Haqari son hərbi əməliyyatlarla bağlı danışıb.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, Xan Yunisdən olan İsrail qüvvələri şimaldan göndərilən qüvvələrlə birlikdə Şatidə bölgəsində döyüşmək üçün gedib.

Haqari bunun sürpriz bir taktika olduğunu, hər iki istiqamətdən hücum etdiklərini, HƏMAS-a ağır itkilər verdiyiklərini söyləyib:

“Hücumun başlaması ilə Xan Yunisdə sakinlərin döyüş bölgəsini tərk etmələri və HƏMAS-ın canlı qalxan kimi istifadə etmələrinin qarşısını almaq üçün humanitar dəhlizlər açdıq. HƏMAS sakinlərin getməsinin qarşısını almağa çalışsa da, artıq təkcə Xan Yunisin qərbindən 100 minə yaxın sakin müvəqqəti olaraq təxliyyə olunub. Bu fəaliyyətlə paralel olaraq 162-ci diviziya Qəzza zolağının qalan hissəsində mərkəzdə və şimalda döyüşür.

Gecə saatlarında diviziya Qəzza zolağının şimalında Şati və digər bölgələrdə terrorçuları hədəf alan hücuma keçib. Reyd bir neçə saat ərzində gözlənilmədən həyata keçirilib. Bir qüvvə şimaldan cənuba, ikinci bir qüvvə isə sahil oxu boyunca cənubdan şimala, şəhərin mərkəzindən keçərək Şifa xəstəxanasına gəlib. Əməliyyat cəmi bir neçə saat çəkib. Üstəlik, əməliyyat zamanı təkcə gecə ərzində otuzdan çox terrorçu məhv edilib”.