İsrail hücumunda Bakıdan Tehrana “pas ötürənlər”…backend

İsrail hücumunda Bakıdan Tehrana “pas ötürənlər”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin İrana hücumundan sonra “PUA-lar Azərbaycandan qalxıb” iddiası iki seqmentdə gündəmə gətirilir:

Birincisi, Ermənistan mediasıdır: ermənilərin bu prosesdə öz maraqları var, lakin istisna deyil ki, Tehran rejimi hadisələrin “soyuması”ndan sonra bunu kampaniyaya çevirmək üçün indidən “istinad nöqtələri” də formalaşdırır;

İkincisi, sosial şəbəkələrin Azərbaycan seqmentidir: bilərəkdən, yaxud bilməyərəkdən İran üçün “mənbə” olacaq fikirlər, analizlər peyda olur və artıq SEPAH-a bağlı media orqanları bundan “Əliyev rejiminin hücumda iştirakına dair sübut” olaraq istifadə etməyə başlayıblar;

PUA-lar Azərbaycandan qalxa bilərmi?

1. Azərbaycan İrana hücumlarda heç vaxt platforma rolunu oynamayıb: Bakı-Tehran xəttində gərginliyin hansı səviyyədə olmasına baxmayaraq, mümkün hərbi toqquşmada üzləşə biləcəyimiz risklər fonunda buna indi də razılıq verilməsi ehtimalı kifayət qədər azdır;

2. İsrail PUA-larının Azərbaycandan qalxmasına dair iddialar indiyə qədər yalnız iddia olaraq irəli sürülüb: Azərbaycanda bu məqsədlə istifadə edilə biləcək hansısa bazanın, yaxud İsrail PUA-larının yerləşdiyi obyektin olması haqda kiçik də olsa belə informasiya yoxdur;

3. İranın zərbələr endirilən hərbi obyektləri məsafə baxımından Azərbaycanla daha uzaqdır, nəinki İraqla: ABŞ hərbi bazalarının olduğu bölgədən PUA-ların havaya qalxması daha əlverişlidir; hücumdan öncə ABŞ və İsrail ordusunun İrana zərbə endirmək ssenarisini məşq etməsi də bu kontekstdə diqqət çəkir;

Və nəhayət, platfiorma olaraq Azərbaycandan istifadə edilsəydi İran tərəfi ən azı Arazın sahilinə ordu yığmış olardı. Tehran da hücumun haqnsı istiqamətdən edildiyini bilir, Azərbaycanla bağlı iddialar İrana sonrakı proseslərdə Bakıya qarşı təzyiq kartı üçün lazım ola bilər. Təəssüf ki, Azərbaycandan məhz bu iddialar üçün “mənbə” rolunu oynayanlar var, bilərəkdən və ya bilməyərəkdən, yaxud “ağıllı” görünmək istəyindən.

Asif Nərimanlı