İsrail ilə danışıqlarda irəliləyiş əldə etdik – HƏMASbackend

İsrail ilə danışıqlarda irəliləyiş əldə etdik – HƏMAS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan Qəzzada atəşkəslə bağlı İsraillə aparılan danışıqlarının davam etdiyini bildirib.

NOCOMMENT.az “azpolitika”ya istinadla xəbər verir ki, HƏMAS təmsilşisi İsrail ilə danışıqlarda irəliləyiş əldə etdiklərini bildirib.

“Bəzi yaxşı məqamlar var. Amma biz əsl məsələdən, yəni tam atəşkəsdən və Qəzzadan tamamilə geri çəkilməkdən danışırıq. Ümid edirik ki, bu gün bəzi yaxşı və müsbət cavablar olacaq”,-deyə o bildirib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında əsir mübadiləsi və atəşkəs razılaşması ilə bağlı Misir və Qətərin vasitəçiliyi ilə Qahirədə keçirilən danışıqların bu gün başa çatması gözlənilir.