İsrail-İran müharibəsi – SON DƏQİQƏbackend

İsrail-İran müharibəsi – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın PUA komandanı Əminpur Cudəki öldürülüb. Onun ötən gün hava zərbələri nəticəsində öldürüldüyü qeyd edilib.

***

20 iyun, Saat 17:17

İranın hücumları nəticəsində İsrailin Hayfa şəhərində 5 nəfər yaralanıb.

NOCOMMENT.az İsrail mediasına əsasən xəbər verir ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

***

17:04

İrandan İsrailə 25 raket atılıb.

Bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.

İsrail ordusu İrandan buraxılmağa hazır olan üç raket buraxılış qurğusuna hücum edib. Qurğularla yanaşı, atışlara cavabdeh olan qüvvələrin komandiri də məhv edilib.

***
09:46

İsrail hərbi aviasiyası İranın şimalında, Xəzər dənizinin sahilindəki Rəşt şəhərinə aviazərbələr endirib.

***

09:16

İsrail Müdafiə Qüvvələri ötən gecə Tehranda hərbi təyinatlı raketlərin istehsal edildiyi və nüvə tədqiqatlarının aparıldığı obyektlərə zərbələr endirib.

***

19 iyun

Saat 16:51

“Hərbi əməliyyatlar nəticəsində İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

İsrailin baş naziri ABŞ-ın İsrail – İran savaşına qoşulması imkanını da dəyərləndirib: “Bu məsələ həmin ölkənin prezidenti Donald Trampdan asılıdır. Çünki oyunun qaydalarını məhz o bilir. Bizim heç vaxt Trampın özündən yaxşı dostumuz olmayıb. Bu səbəbdən də biz onun bütün qərarlarına hörmətlə yanaşırıq. Biz İranın nüvə ilə bağlı arxivini ələ keçirməyə nail olmuşuq. İrandakı şiə qanadı bizə cavab zərbələri endirir, lakin “Hizbullah” indiyədək bir ədəd də olsun raket atmayıb”.

***

12:09

Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb.

***

10:40

İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hücumlarını kəskin şəkildə pisləyib.O, özünün “X” hesabında paylaşım edib.

“Bu səhər İranın terrorçu tiranları Beerşeba şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri endiriblər. Tehrandakı tiranlardan bunun hesabını ağır ödəyəcək”, – Netanyahu vurğulayıb.

***

09:28

İsrail İranın iri nüvə obyekti yerləşən ərazisinə hücum həyata keçirib.

***

09:03

İran İsrail ərazisində xəstəxanaya raket zərbəsi endirib, azı 10 nəfər yaralanıb.

***

18 iyun

saat17:47

İsrail bu dəqiqələrdə Tehranı bombalayır.

İranın Daxili Təhlükəsizlik Qərargahı da İsrailin endirdiyi hava zərbələri nəticəsində məhv edilib.\\Lent.az