İsrail Hərbi Hava Qüvvələri İranın hərbi obyektlərinə hücumu zamanı ölkənin bütün strateji müdafiə potensialını məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusunun radiosu məlumat yayıb.
“Hücum İranın bütün strateji müdafiə imkanlarını məhv etdi. Yəni, uzaqmənzilli zenit raketlərinin bütün batareyaları”, – İDF-nin bəyanatında deyilir. Aydınlaşdırılır ki, İranda ümumilikdə iki belə model var – Rusiyanın S-300 sistemi və İran istehsalının daha bir təkmilləşdirilmiş modeli.
Belə ki, faktiki olaraq İranda yalnız yerli istehsal olunmuş qısa mənzilli batareyalar qalıb, bəyanatda qeyd olunub.