İsrail İtaliyaya qaz axınını artırmaq istəyirbackend

İsrail İtaliyaya qaz axınını artırmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri Giorgia Meloni və İsrailin baş naziri Benyamin Netanyahu İsraildən İtaliyaya və oradan da Avropaya qaz axınının artırılmasını müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, İki baş nazir təkbətək görüşdən sonra birgə mətbuata bəyanatla çıxış ediblər.

İsrailin süni intellekt, kibertəhlükəsizlik və kənd təsərrüfatı sektoru kimi sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etdiyini bildirən Meloni, bu gün İtaliyanın öndə gedən problemlərinin susuzluq və quraqlıq olduğunu xatırladıb və İsrailin bu sahədəki mühüm təcrübəsindən yararlana biləcəklərini ifadə edib.

Baş nazir Meloni İtaliya və İsrail arasında yeni hökumətlərarası sammit keçirməli olduqlarını da qeyd edib.

NOCOMMENT.AZ