İsrail lazım gələrsə, Livanla sərhədin hər iki tərəfində hərəkətə keçməyə hazırdırbackend

İsrail lazım gələrsə, Livanla sərhədin hər iki tərəfində hərəkətə keçməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,İsrail Müdafiə Qüvvələri (İDF) lazım gələrsə, Livanla sərhədin hər iki tərəfində döyüşməyə hazırdır. Bunu İsrail Müdafiə Nazirliyinin keçmiş rəhbəri, fövqəladə hallar hökumətinin üzvü Benni Qantz deyib.

“Lazım gələrsə, biz şimal sərhədimizi hər iki tərəfdən müdafiə etməyə hazırıq” dedi.

Qantz əmin edib ki, İsrail Livanın şiə “Hizbullah” qruplaşmasının yəhudi dövlətini indi və ya sonra təhdid etməsinə icazə verməyəcək. O, həmçinin üzvlərinin “səhv” etdiyi təqdirdə qrup üçün nəticələr barədə xəbərdarlıq edib.