İranın ali dini lideri Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə dair orderinin yetərli olmadığını və onu ölüm cəzasına məhkum etməli olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bunu Xamenei SPEAH Bəsic qolu ilə görüşü zamanı deyib.
“Axmaqlar düşünməsinlər ki, mülki insanların evlərini bombalamağı qələbədir. Bu, qələbə olmaq əvəzinə, müharibə cinayətidir. Beynəlxalq Cinayət Məhkəməsi onlar üçün həbs qərarı çıxarıb. Lakin bu, kifayət deyil. Netanyahu edam edilməlidir”, –
İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-leytenant Hüseyn Səlami də daxil olmaqla toplantıya qatılanlar “Amerikaya ölüm, İngiltərəyə ölüm, İsrailə ölüm” şüarları ilə cavab verib.