İsrail Livana hücum etdi – Hizbullah döyüşçüləri öldürüldübackend

İsrail Livana hücum etdi – Hizbullah döyüşçüləri öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində “Hizbullah” hərəkatının 4 döyüşçüsü həlak olub.

NOCOMMENT.az xəbər verir ki, “Hizbullah” hərəkatı bu barədə sosial mediada məlumat yayıb.

Döyüşçülərdən ikisi Əl-Teyri qəsəbəsində, digər ikisi isə sərhəd yaxınlığında yerləşən Haddas rayonunda öldürülüb. Hücum nəticəsində bir mülki şəxsin də yaralandığı bildirilir.

“Hizbullah” buna cavab olaraq səhər saatlarından İsrail ordusunun mövqelərinə çoxsaylı raket zərbələri endirib. İsrail artilleriyası isə hərəkatın Livandakı bir sıra kəndləri yaxınlığında yerləşən mövqelərini atəşə tutub.

2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri Livanın cənubunda 96 dinc sakin İsrailin hava hücumları və top atəşinin qurbanı olub.

Döyüşlər nəticəsində “Hizbullah” hərəkatı 487 döyüşçüsünü, İsrail ordusu isə 16 əsgərini itirib. Eyni zamanda 11 mülki israilli Livanın cənubundan açılan atəş nəticəsində ölüb.