İsrail Livana hücum etdi: Ölən və yaralananlar varbackend

İsrail Livana hücum etdi: Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fasilələrlə Livanın cənubunu hədəf almağa davam edən İsrail daha bir hücuma keçdi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Livan ordusu açıqlama yayıb. 

Bildirilib ki, İsrailin ölkənin cənub sərhədində həyata keçirdiyi bombardman nəticəsində 1 əsgər ölüb, 3 əsgər yaralanıb.

“Adaysseh bölgəsində bir hərbi mövqe İsrail tərəfindən bombalanıb, 1 əsgər şəhid olub, 3 əsgər yaralanıb”.

İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumlarda bir Livan əsgərinin həyatını itirməsi ilk dəfə idi.