İsrail Livana quru əməliyyatına başlamasının İKİ SƏBƏBİbackend

İsrail Livana quru əməliyyatına başlamasının İKİ SƏBƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail xüsusi təyinatlıları artıq Üçüncü Livan Əməliyyatı adlandırılan quru əməliyyatına start verib. Qeyd edilib ki, ordu artıq Livan ərazisinə daxil olub. Yüzlərlə İsrail tankının sərhədi keçdiyi bildirilir.

 

NOCOMMENT.az bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, İsrailin bu hücumda iki cari hədəfi var:

 

“Bunlardan biri şimal sərhədlərində – Livanın cənubunda “Hizbullah”ın mövqelərini sıradan çıxarmaqdır. İkincisi isə qruplaşmanı Litani çayının şimalına – İsrailin şimal bölgəsinə raket zərbələrinin çatmayacağı məsafəyə qədər sıxışdırmaqdır. İsrailin buna nail olacağı, ən azı “Hizbullah”ı şimal sərhədlərindən uzaqlaşdıracağı gözləntisi çoxdur”.

 

A.Nərimanlı qeyd edib ki, müharibə arealının genişlənməsi riskləri də var:

 

“Bu, daha çox “Hizbullah” və İranın hansı səviyyədə cavab verəcəyindən asılıdır. Mövcud vəziyyətdə nə Tehran, nə də qruplaşma genişmiqyaslı müharibədə o qədər də maraqlı görünmür. Belə vəziyyət Təl-Əvivin bir, ya bir neçə günlük əməliyyatla şimal sərhədlərinin təhlükəsizliyini təmin edərək, dayanacağı gözləntisini önə çıxarır. Lakin o da istisna deyil ki, müqavimətin olmaması İsrailin daha da irəli getməsinə zəmin yarada bilər. Şimal sərhədlərində Livan əraziləri hesabına bufer zonanın yaradılması belə ssenarilərdən biridir”.