İsrail Livanda meşəlik və kolluq əraziləri yandırmaq istəyirbackend

İsrail Livanda meşəlik və kolluq əraziləri yandırmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun intensiv hücumlar edərək Livanın cənubundakı sıx meşəlik və kolluq əraziləri yandırmağa çalışdığı bildirilir.

NOCOMMENT xəbər verir ki, Livanın rəsmi agentliyi NNA tərəfindən yayımlanan xəbərdə İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bəri sərhəddə davam edən qarşıdurmalarda yeni inkişaflardan bəhs edilib.

İsrail ordusunun gecə boyu sərhəd xətti boyunca Livan ərazisinə doğru davamlı olaraq siqnal və işıqlandırma məşəlləri atdığı, düşən məşəllərin meşəlik və kolluq ərazilərdə yanğınlara səbəb olduğu bildirilib.

İsrail döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının gərginliyin yaşandığı 120 kilometrlik sərhəd xəttində döyüş əməliyyatlarını davam etdirdiyi qeyd edilib.