İsrail Livandakı Hizbullah hədəflərinə zərbələr endiribbackend

İsrail Livandakı Hizbullah hədəflərinə zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə cavab zərbələri endirir. Bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl terrorçular Manara və Livan sərhədinə bitişik Roş Hanikra bölgəsinə tank əleyhinə raketlər atıblar. İDF əsgərləri atışma mənbəyi istiqamətində cavab atəşi açır”, – məlumatda deyilir.

Qeyd olunur ki, İDF hazırda Livan ərazisinə cavab zərbələri endirir və Hizbullah hədəflərinə zərbələr endirməyə davam edəcək.

Bundan əvvəl İsrail hakimiyyəti ölkənin şimalında Livanla sərhəddən 5 km-ə qədər məsafədə yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə icazə verib.