İsrail Livanın cənubuna zərbələr endirdibackend

İsrail Livanın cənubuna zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat verib.

İsrail ordusu Əl-Museylih qəsəbəsini 10 dəfədən çox hava zərbələri ilə vurub.

Zərbələr güclü partlayışlar və sənaye obyektlərinin geniş şəkildə dağılmasına, həmçinin Müseylih-Nəccariyyə avtomobil yolunun bağlanmasına səbəb olub.

İsrail ordusundan verilən açıqlamada isə “Hizbullah”ın Livanın cənubundakı infrastrukturunun hədəf alındığı bildirilib.

Qeyd edək ki, İsrail 27 noyabr 2024-cü ildə Livanla imzalanan atəşkəs razılaşmasını demək olar ki, hər gün hücumlarla pozur.